SON DƏQİQƏ

naxcivanxeberleri.com

İspaniya mətbuatı ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizmlərdən yazıb

İspaniya mətbuatı ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizmlərdən yazıb
17-12-2020, 17:29

İspaniyanın geniş oxucu kütləsinə malik “La Vanguardia” qəzetində adıçəkilən qəzetin Ağdam şəhərinə ezam olunan müxbiri Jorju Juan Banyosun “Bir milyon azərbaycanlı öz doğma torpaqlarına qayıtmağı gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, məqalədə diqqətə çatdırılır ki, Ermənistanın 28 il davam edən işğalı Azərbaycan Ordusunun parlaq qələbə qazanması nəticəsində sona çatıb.

İşğal edilmiş Azərbaycan torpaqları, eləcə də Azərbaycanın qədim Şuşa şəhəri düşmən tapdağından azad olunub. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılar yenidən öz yurdlarına qayıda biləcəklər.

Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində kütləvi şəkildə vandalizm aktlarının həyata keçirildiyi, bütün yaşayış binalarının, ictimai iaşə obyektlərinin dağıdıldığı, dini abidələrin təhqir olunduğu təəssüflə qeyd olunub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 300 şəhər və kəndinin amansız şəkildə barbarlığa məruz qaldığı bildirilib.

Vurğulanıb ki, işğal olunmuş ərazilərdəki mövcud infrastruktur Ermənistan silahlı qüvvələri və buraya qanunsuz olaraq Suriya və digər ölkələrdən köçürülmüş ermənilər tərəfindən dağıdılıb, bu ərazilərdəki tarixi və dini abidələr məhv edilib, məhsuldar torpaqlar yararsız hala salınıb, Ağdam, Füzuli şəhərləri tanınmaz hala gətirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930