SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO

Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO
22-03-2019, 20:40

Almaniyada qasırğa zamanı "Cessna 680” təyyarəsinin enişi videoya düşüb.
Kadrlarda biznes-cet Düsseldorf hava limanında sürəti saatda 120 kilometrə çatan güclü külək zamanı eniş edir. Əvvəlcə təyyarə bir tərəfdən digər tərəfə yellənir, uçuş-eniş zolağına çatanda pilot meyillik bucağını tənzimləməyə çalışsa da, təyyarə daha da güclü titrəyir.

Nəhayət, təyyarə eniş edəndə, qanadlardan biri yenidən sola əyilir, – ilğıma görə elə təəssürat yaranır ki, "Cessna” "asfaltda batır.”

"Təəccüblüdür ki, külək səbəbindən qanadlardan biri o qədər yuxarıya qalxıb ki, digəri elə bil uçuş-eniş zolağına dəyir. Əvvəllər heç vaxt belə mənzərə görməmişdim”, – videonun müəllifi deyir.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30