00:30 - Günün qoroskopu
23:30 - Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
22:49 - Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
21:24 - İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
20:30 - ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub
20:30 - ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub
18:45 - Xocavəndin Çiraquz kəndi
17:13 - İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
16:54 - Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır
16:23 - Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
15:28 - Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək
15:06 - Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb
14:14 - KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
14:00 - Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq
Türkiyənin Çindən sifariş etdiyi “Sinovac” peyvəndinin koronavirusa qarşı ciddi təsirə malik olduğu təsdiqlənib
Türkiyə hökuməti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı riskləri aradan qaldırmaq üçün virusdan qorunmaq məqsədilə peyvənd tətbiqi sahəsində çoxistiqamətli işlər görməkdədir. Yerli istehsalla bərabər xarici ölkələrin istehsalı olan vaksinlərin alınması da gündəmdə saxlanılır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Türkiyə Çində istehsal olunan “Sinovac” peyvəndindən sifariş edib. “Sinovac” peyvəndinin bir sıra göstəricilərinə görə koronavirus infeksiyasına qarşı ciddi təsirə malik olduğu təsdiqlənib. Bu peyvənd bir sıra ölkələrdə klinik sınaqlardan uğurla çıxıb.
Artıq İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu “Bio Farma”nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib. İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağı 1600 nəfər üzərində aparılıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, Türkiyə “Sinovac” vaksinindən 50 milyon doza sifariş verib. Bu peyvəndin tətbiqinə dekabrda başlanılacaq. Peyvəndin ilk olaraq səhiyyə işçilərinə vurulacağı bildirilir.
Qeyd edək ki, artıq Braziliya, Çili və Banqladeş də Çin istehsalı olan “Sinovac” peyvəndini ilk sifariş edən ölkələrdəndir.