18:34 - Türkiyənin vitse-prezidenti peyvənd olundu
17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
14:46 - Moskva hava limanlarında onlarla reys təxirə salınıb
14:22 - Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib
14:08 - MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
Erməni əsgərdən etiraf: “Ən çox itkilərimiz Cəbrayılda oldu”
Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub.
Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib:
“5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə tankımızı vurdu. Daha iki əsgərin yaralandığını gördüm, onları maşına apardım. Bir az sonra, ən yaxın dostum qucağımda öldü. Digər əsgər tankın üstünə çıxanda ona güllə dəydi. Güllə onun onurğa və ağciyərlərini deşdi, boğazından qan axdı. Tankın içərisinə düşdü”.
O, Ermənistan ordusuna məxsus hərbi texnikaların nasaz olduğunu da etiraf edib:
“Döyüş zamanı Azərbaycan ordusuna məxsus tankı nişan aldım, amma atəş aça bilmədim. Tank xarab olmuşdu. Eyni zamanda 10 tanka nəzarət etməyə məcbur idim. Bunlara baxmayaraq güclü hücum qarşısında geri çəkilməyə məcbur olduq”.