16:05 - AVRO-2023: Millimizin rəqibləri bəlli oldu
15:46 - Muxtar respublikada sahibkarlığın və iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir
15:35 - Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır
15:28 - İranda gün ərzində 6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər koronavirusdan ölüb
15:08 - Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
15:00 - Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
13:50 - AFFA-nın Konfransı qapalı olacaq
13:41 - Epizootik vəziyyətlə bağlı hansı zəruri qaydalara əməl olunmalıdır?
13:35 - Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
Fransada onlarla məscid istintaqa cəlb ediləcək
Fransa dini ekstremizmin artan təhlükəsi ilə mübarizə çərçivəsində dini ideologiyanın “qızışdırılmasında” şübhəli bilinən onlarla məscidin fəaliyyətinin araşdırılmasına başlayacaq.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Daxili işlər naziri Cerald Darmanin bildirib.
Darmanin iddia edib ki, ölkədəki 2 600-dən çox məscidin 76-ı Fransanın respublika dəyərlərinə və onun təhlükəsizliyinə mümkün təhlükə kimi qeydə alınıb. Onun sözlərinə görə, əgər şübhələr təsdiqlənsə, məscidlər bağlanacaq.
Müstəntiqlər şübhəli hesab etdikləri məscidlərin maliyyələşdirilməsi və imamların həyatının araşdırılması ilə məşğul olacaqlar.
Qeyd edək ki, dekabrın 2-də Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər. Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.
AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.