15:08 - Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
15:00 - Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
13:50 - AFFA-nın Konfransı qapalı olacaq
13:41 - Epizootik vəziyyətlə bağlı hansı zəruri qaydalara əməl olunmalıdır?
13:35 - Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
13:29 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
13:21 - Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər
13:11 - Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər
13:00 - Müəllim olmaq üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb
"Euronews" telekanalı Terter rayonunun erməni işğalından azad edilmiş Suqovuşan kəndi ilə bağlı süjet hazırlayıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, süjetdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı son hərbi əməliyyatlar zamanı Bakının ilk nəzarətə götürülən ərazilərindən biri Madagiz kəndi olub. Həmin kəndə artıq rəsmi şəkildə azərbaycanlı adı qaytarılıb - Suqovuşan.
Bir nəfər çəkiliş qrupundan onu özüylə aparmasını istəyib, bunlar onun doğma yerləridir. Xaliq Hümmətovun dediyinə görə, ailəsi ilə kəndi tərk etmək məcburiyyətində olduğu vaxtda onun 14 yaşı olub. Evini 27 ildən sonda ilk dəfə görür. Kişi çəkiliş qrupundan sevinc göz yaşlarını lentə almamağı istədi:
"Xeyr, onlar evimizi dağıtmadılar. O hələ də dayanır. Amma eyvan artıq yoxdur. Uşaqlığımı xatırlayıram. Ana gölə getməyimizə icazə vermirdi, boğulacağımızdan qorxurdu. Bir gecə saqqallı bir erməni gəldi. Dedi ki, səhərə yaxın burdan getməliyik. Bizə yalnız bir at götürməyə icazə verildi. Ancaq sonra həmin erməni yenidən peyda oldu, atı cilovundan tutub dedi: "Bu atı götürməyəcəksiz. Mən balaca idim, ağlayırdım. Onu apardılar və biz piyada getdik".