SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb

Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb
30-11-2020, 18:26

Yerevanda etiraz aksiyasında iştirak edən “İslahatçılar” partiyasının üzvləri hücuma məruz qalıb.

NAXCİVANXEBERLERİ.COM-un erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə partiyanın rəhbəri Vaan Babayan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, partiya üzvləri hakim “Mənim addımım” partiyasından olan deputat Koryun Mkrtçyana qarşı etiraz yürüşü keçirirdi. Hücum zamanı “İslahatçılar” partiyasının bir neçə üzvü xəsarət alıb.

Qeyd edək ki, Yerevanda “Mənim addımım” partiyasından olan deputatların evləri qarşısında istefa tələbi ilə mütəmadi aksiyalar keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031