SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib

ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib
30-11-2020, 16:45

ABŞ-ın “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin effektivlik göstəricisi açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı nəticələr şirkətin rəsmi saytında yayılıb.

İlkin analizlərə əsasən, koronavirusa qarşı vaksinin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub.

Xatırladaq ki, indiyədək dünyada 63 milyondan çox insanda COVID-19 qeydə alınıb. 1,5 milyona yaxın insan virusun qurbanı olub, 43 milyondan çox pasiyent isə sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031