SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Paşinyan ordunun real vəziyyətinin ortaya çıxmasından qorxur

KİV: Paşinyan ordunun real vəziyyətinin ortaya çıxmasından qorxur
30-11-2020, 12:30

Atəşkəslə bağlı bəyanatın imzalanmasından 21 gün keçməsinə baxmayaraq Ermənistan hökuməti silahlı qüvvələrə həqiqi hərbi xidmətlə bağlı yeni çağırış elan etməyib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

“Bizim məlumatımıza görə bunun üçün hakimiyyətin bir neçə bəhanəsi var. Onlar qorxur ki, indiki ağır şəraitdə ordunun vəziyyəti barədə hamı həqiqəti bilər və Nikol Paşinyanın yalanlarının üstü açılar.

O biri tərəfdən müxalifətdə olan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan da daxil olmaqla çoxlu sayda müxalifətçiyə çağırış göndərilsə də, hələ ki onları uzun müddətdir orduya aparmayıblar.

Ona görə belə qənaətə gəlmək olar ki, hakimiyyət çağırışdan özünəməxsus siyasi alət kimi istifadə edir. Belə ki, hökumət insanları çağırışla hədələyir, “girov” kimi götürərək onların siyasi proseslərdə iştirakına imkan vermir”, - məqalədə vurğulanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031