SON DƏQQƏ

naxcivanxeberleri.com

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib
27-11-2020, 16:30

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar hökumət binasının qarşısında da irimiqyaslı aksiya keçirəcəklərini bildiriblər.

Onların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.

“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur”, - əsgər analarından biri bildirib.

Başqa bir əsgər anası isə övladının itkin düşməsini istəmədiyini deyib: “Heç kim bizə təminat verə bilməz ki, noyabrın 30-dan sonra uşaqlarımız evə sağ-salamat qayıdacaq”. O, cəmiyyəti bu problemə laqeyd qalmamağa çağırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031