SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir

Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
26-11-2020, 09:18

Rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə fayda gətirməyəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri, nə də Avropa üçün faydalı olardı.

Fransa XİN rəsmisinin sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa tərəfdaşlarının siyasətini əks etdirmir:

"Hökumətin məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31