22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
17:22 - Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
17:17 - Bağdad hava limanı raket atəşinə tutulub
17:05 - Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
16:56 - Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
16:21 - Milli mətbəximizin qədim yeməklərindən olan Qurut
16:15 - Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir - FƏRMAN
“Facebook” 6 milyon cərimələndi
Cənubi Koreyanın Şəxsi Məlumatları Qoruma Komissiyası ABŞ-ın “Facebook” şirkətini məxfilik qaydalarını pozduğuna görə 6 milyon ABŞ dolları məbləğində cərimələyib.
NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Facebook” ölkənin fərdi məlumat qanununu pozub və 2012-ci ilin mayından 2018-ci ilin iyun ayına qədər istifadəçilərin razılığı olmadan azı 3,3 milyon insanın şəxsi məlumatlarını digər şirkətlərə ötürüb.
Komissiyanın əldə etdiyi məlumatlara əsasən, üçüncü tərəfə ötürülən şəxsi məlumatlar arasında istifadəçi adları, ünvanları, doğum tarixi, iş təcrübəsi, doğulduğu şəhər və ailə vəziyyəti haqqında məlumatlar var. Ötürülən məlumatların dəqiq həcmi məlum deyil, çünki “Facebook” müvafiq sənədləri təqdim etməyib. Komissiya “Facebook”un hərəkətləri ilə bağlı cinayət istintaqının aparılması məqsədilə prokurorluğa müraciət edib.