SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda koronavirusa qarşı dərmanların sınaqlarına başlanılıb

İranda koronavirusa qarşı dərmanların sınaqlarına başlanılıb
16-11-2020, 10:30

İranda koronavirusa qarşı iki peyvənd dərmanının insanlar üzərində sınaqlarına başlanılıb.

NAXCİVANXEBERLERİ.COM “Fars”a istinadən xəbər verir ki, bu barədə İran Tibb Elmləri Universitetinin rektoru bildirib.

O, sınaqlar üçün xeyli sayda könüllünün toplandığını deyib.

Qeyd edək ki, daha əvvəl hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səmərəsi təsdiqlənən dərmanları almağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, İran Ərzaq və Dərman Təşkilatının sözçüsü Kianuş Cahanpur beş adda yerli peyvənd dərmanının ÜST siyahısına salındığını açıqlayıb.

İranda rəsmi olaraq ilk yoluxmalarının qeydə alındığı fevralın 19-dan indiyədək COVID-19 virusuna 749 525 nəfər yoluxub ki, bunlardan 41 034 nəfər ölüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930