SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

Yekaterinburqdan Bakıya daha bir reys açılacaq
15-03-2019, 11:11

Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya yeni reys açılacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, iyunun 18-dən "İrAero" aviaşirkəti tərəfindən Koltsovo aeroportunda Bakıya daha bir reys təşkil ediləcək.

Təyyarələr Uralın paytaxtından çərşənbə axşamları saat 17:30-da uçacaq, saat 12:30-da isə Heydər Əliyev Beynəlxalq Hava Limanından geri dönəcək. Uçuşlar 103 yerlik "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək, 3 saat davam edəcək.
Yeni aviareysin açılması ilə Yekaterinburqdan Azərbaycana birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq.

Qeyd edək ki, "Ural Hava Yolları" şirkəti həftədə iki dəfə (cümə axşamı və bazar) Bakıya uçuşlar icra edir.

Bakı Koltsovo hava limanından populyar uçuş istiqamətlərindən biridir. 2018-ci ilin yekunu üzrə Azərbaycan paytaxtına 24 min sərnişin daşınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 149
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031