SON DƏQQƏ

naxcivanxeberleri.com

“Apple” 100 milyard dollar itirdi

“Apple” 100 milyard dollar itirdi
31-10-2020, 06:17

“Apple” şirkəti cümə axşamı rüblük maliyyə hesabatını təqdim etdikdən sonra dəyər itirib.

NAXCİVANXEBERLERİ.COM “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Aplle”ın birjadakı səhmləri 5% ucuzlaşdığından şirkət təxminən 100 milyard ABŞ dolları həcmində bazar dəyəri itirib.

Gəlir və xalis mənfəət baxımından rekord göstəricilər qeydə alınsa da, hesabat “iPhone” satışından əldə olunan gəlirin 20%-dən çox azaldığını göstərib. Bu, son iki ildə şirkətin flaqman məhsulunun satışlarındakı ən böyük enişdir.

1976-cı ildə qurulan “Apple” şirkəti “iPhone”dan əlavə, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji avadanlıqlar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir. Onun bazar kapitallaşması təxminən 2 trilyon ABŞ dollarıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031