SON DƏQQƏ

naxcivanxeberleri.com

“Exxon Mobil” üç rübün nəticələrini açıqladı

“Exxon Mobil” üç rübün nəticələrini açıqladı
31-10-2020, 04:23

“Exxon Mobil” şirkəti 2019-cu ilin 9 ayı ərzində əldə etdiyi 8,65 milyard ABŞ dollarılıq xalis mənfəətə qarşı cari ilin eyni müddəti ərzində 2,37 milyard ABŞ dolları məbləğində xalis zərərlə üzləşib. Səhm hesabına həmin göstəricilər müvafiq olaraq 2,03 və 0,55 ABŞ dolları təşkil edir.

NAXCİVANXEBERLERİ.COM şirkətin hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayında “Exxon Mobil”in gəliri 31,7 faiz azalaraq 134 962 milyon ABŞ dolları olub. Ötən ilin üçüncü rübündə 3,17 milyard ABŞ dolları xalis mənfəət əldə edən şirkət cari ilin eyni dövründə 680 milyon ABŞ dolları məbləğində xalis zərərə uğrayıb (səhm hesabına 0,75 və 0,15 ABŞ dolları). Rüblük gəlir isə 28,9 faiz azalaraq 46,199 milyard ABŞ dolları təşkil edib.

Həmçinin hasilat həcmi də üçüncü rübdə 5,8 faiz azalaraq gündəlik 3,672 milyon barel neft ekvivalenti olub.

İqamətgahı Texasın İrvinq şəhərində yerləşən “Exxon Mobil” dünyanın ən böyük özəl neft şirkətidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031