SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaponiya Hava Yolları 2012-ci ildən bəri ilk dəfə zərər gözləyir

Yaponiya Hava Yolları 2012-ci ildən bəri ilk dəfə zərər gözləyir
31-10-2020, 02:19

Yaponiya Hava Yolları bu il 2,29 milyard ABŞ dolları məbləğində xalis zərər gözləyir.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.

Qeyd edilib ki, koronavirus pandemiyasına görə Yaponiya Hava Yollarına tələbat kəskin azalıb.

Hava Yollarının bu itkisi 2012-ci ildən bəri ilk dəfə qeydə alınıb. Belə ki, pandemiya ilə əlaqədar həm ölkə daxilində, həm də xaricə həyata keçirilən uçuşlara təlabat kəskin azalıb. Bu isə şirkətin gəlirlərinin kəskin azalmasına səbəb olub. Bu ilin mart-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq sərnişin daşınması 97,7%, daxili sərnişin daşımaları isə 76,1% azalıb.

Şirkətin rəsmisi Kikuyama Hideki bəyan edib ki, 2022-ci ilə qədər 30-a yaxın sərnişin təyyarəsi xidmətdən çıxarılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30