SON DƏQQƏ

naxcivanxeberleri.com

Çində bulud texnologiyaları mərkəzi inşa edilir

Çində bulud texnologiyaları mərkəzi inşa edilir
30-10-2020, 02:38

Çinin Tibet Muxtar Bölgəsinin mərkəzi Lhasa şəhərindəki yüksək texnologiyalar parkında bulud texnologiyaları mərkəzi inşa edilir.

NAXCİVANXEBERLERİ.COM  “Xinhua” agentliyinə istinadən xəbər verir ki, layihənin I mərhələsi gələn il yekunlaşacaq və burada 10 min server yerləşəcək.

Bu zaman ildə 1,5 milyard yuan (223,5 milyon ABŞ dolları) gəlir əldə olunacaq.

Dəniz səviyyəsindən 3 650 m yüksəklikdə fəaliyyət göstərəcək yeni mərkəzin operatoru “Ningsuan Technology Group” şirkətidir. Şirkətdən bildirilib ki, layihəyə ümumilikdə 11,8 milyard yuan (1,76 milyard dollar) pul qoyulacaq. Layihə çərçivəsində video yerləşdirmə, pilotsuz nəqliyyat sistemləri, məsafəli tədris materiallarının ehtiyat yüklənməsi (hard disc) kimi xidmətlər göstərəcək.

Çinin başlıca şəhər və əyalətlərilə yanaşı yeni mərkəzin qonşu Pakistan, Nepal, Banqladeş, Cənub-Şərqi Asiya ölkələri ilə də əməkdaşlıq edəcəyi gözlənilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031