SON DƏQQƏ

naxcivanxeberleri.com

“Heathrow” Avropa birinciliyini əldən verdi

“Heathrow” Avropa birinciliyini əldən verdi
29-10-2020, 02:16

Londonun “Heathrow” hava limanı sərnişin sayına görə artıq Avropanın ən böyüyü deyil.

NAXCİVANXEBERLERİ.COM London hava limanının açıqlamasına görə, birinci pilləyə ilk dəfə Paris Şarl de Qolle Hava Limanı yüksəlib.

Üçüncü yerdə əvvəlki kimi Amsterdamın “Schiphol” hava limanı gedir.

Bu il COVID-19 pandemiyası üzündən bütövlükdə Avropada təyyarə sərnişinlərinin sayı xeyli azalsa da, “Heathrow”un əsas rəqibləri çoxdandır sərnişinlərin test qaydasını tətbiq edərək fəaliyyətlərini qismən də olsa, əvvəlki miqyasda bərpa edə biliblərsə, Böyük Britaniya ərazisində belə qayda dekabrın 1-dən tətbiq olunacaq.

Koronavirusa yoluxmaların yenidən artdığını nəzərə alaraq “Heathrow”un idarəçi şirkəti builki sərnişin sayına dair proqnozunu iyun ayındakı 29,2 milyona qarşı 22,6 milyon, gələn il üçün isə 62,8 milyona qarşı 37 milyon səviyyəsində müəyyənləşdirib. Qeyd edək ki, ötən il bu hava limanından 81 milyon sərnişin istifadə edib.

Cari ilin 9 ayı ərzində hava limanının xalis zərəri 1,5 milyard funt olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30