SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"

Ərdoğan: "Terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik"
27-10-2020, 13:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilməsinə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, dövlət başçısı bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Hatayda həyata keçirilən uğurlu terrorla mübarizə əməliyyatı ilə əlaqədar qəhrəman təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Bütün hataylı qardaşlarımıza keçmiş olsun deyirəm. Rəbbim ölkəmizi hər cür hücumdan, fəlakətdən, xain əməllərdən qorusun.

Türkiyə artıq bu cür hücumlarla layihələndirilə bilən, yönəldilən, məşğul edilən bir ölkə deyil. Allahın izni, təhlükəsizlik qüvvələrimizin səyləri ilə həm sərhədlərimiz daxilində, həm də sərhədlərimiz xaricində terrora və onun tərəfdarlarına qarşı mübarizəmizi davam etdirəcəyik", - deyə Türkiyə Prezidenti özünün 

“Twitter”dəki səhifəsində yazıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31