SON DƏQQƏ

naxcivanxeberleri.com

UEFA Avropa çempionatlarından birini ləğv etdi

UEFA Avropa çempionatlarından birini ləğv etdi
20-10-2020, 23:34

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Səbəb kimi Avropada hələ həll olunmayan epidemioloji situasiyada səfərlərlə bağlı çətinliklər göstərilib.

2019/2020 mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələrə verilməsini məqsədəuyğun sayıb. Bu səbəbdən, İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30