SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropa Liqası matçına ilk dəfə qadın baş hakim təyinat aldı

Avropa Liqası matçına ilk dəfə qadın baş hakim təyinat aldı
21-10-2020, 02:17

UEFA Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qrup mərhələsində ilk turun "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Stefani Frappara Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.

Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə İngiltərənin "Liverpul" və "Çelsi" (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçda iş başında olub.

Xatırladaq ki, oktyabrın 22-də keçiriləcək "Lester" - "Zarya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30