SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub

İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
20-10-2020, 17:18

İranda ötən sutka ərzində 5 039 nəfər koronavirusa (COVID-19) yoluxub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 539 670 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 810 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 322 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 31 034 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 434 676 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,57 milyondan çox diaqnoz testi həyata keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031