SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daha iki ölkə “Boeing-737” təyyarələrinin uçuşlarını dayandırıb

Daha iki ölkə “Boeing-737” təyyarələrinin uçuşlarını dayandırıb
12-03-2019, 21:51

Çin, Efiopiya və İndoneziyadan sonra Sinqapur və Avstraliya da sərəncamlarında olan "Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarının dayandırılması barədə qərar qəbul ediblər.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapurun Asiyanı Avropa və Amerika ilə birləşdirən və dünyanın altıncı ən böyük hava limanı olan "Çangi” aeroportundan bu model təyyarələrin uçuşunun bir müddət dayandırıldığı bildirilib. Avstraliyanın Mülki Aviasiya Təhlükəsizliyi İdarəsinin nümayəndəsi Şeyn Karmodi isə təhlükəsizlik məsələləri tamamilə həll olunana qədər "Boeing-737 MAX 8”in uçuşlara buraxılmayacağını deyib.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan "Ethiopian Airlines” aviakompaniyasına məxsus "Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930