SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aerotaksinin sınağı keçirildi - İri şəhərlərdə istifadə olunacaq

Aerotaksinin sınağı keçirildi - İri şəhərlərdə istifadə olunacaq
12-03-2019, 10:24

"Airbus" şirkəti Almaniyanın İnqolştadt şəhərində aerotaksinin sınağını keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "CityAirbus" adını alan aerotaksi yaxın gələcəkdə hər şeydən əvvəl xüsusi intensiv hərəkətin olduğu şəhərlərdə ənənəvi nəqliyyat vasitəsinə alternativ olacaq.

Yeni nəqliyyat sistemini şəhər bələdiyyəsinin qarşısındakı meydanda nəqliyyat naziri Andreas Şoyer və rəqəmsal texnologiyaların inkişafı üzrə dövlət naziri Doroteya Ber təqdim ediblər.

Pilotsuz uçuş aparatına bənzəyən "CityAirbus"ın 4 oturacağı və 8 pəri var.

Belə taksilərin iri şəhərlərdə, xüsusən də mərkəzdən hava limanlarına hərəkət edəcəyi nəzərdə tutulur.

Aerotaksilər gələcəkdə digər məqsədlərlə də, məsələn, həkimlərin hadisə yerinə daha tez çatdırılması üçün istifadə edilə bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031