SON DƏQİQƏ

naxcivanxeberleri.com

Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
10-03-2019, 14:08

Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

NAXCİVANEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhməd Əli öz "Twitter" mikrobloqunda yazıb.

"Baş nazirin ofisi Efiopiya hökuməti və xalqı adından bu səhər Keniyanın paytaxtı Nayrobiyə uçan "Ethiopian Airlines"ə məxsus "Boeing 737"də öz yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir", — deyə o bildirib.

Aviaşirkətin mətbuat xidməti qəzanın Efiopiyanın Debre-Zeyt şəhəri ərazisində qeydə alındığını bildirib.

Təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü olub.

Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031