SON DƏQQƏ

naxcivanxeberleri.com

Dünyanın ən böyük polad istehsalçısı ABŞ-dakı biznesini satır

Dünyanın ən böyük polad istehsalçısı ABŞ-dakı biznesini satır
28-09-2020, 18:34

Dünyanın ən böyük polad istehsalçısı olan “ArcelorMittal” ABŞ-dakı biznesini yerli “Cleveland-Cliffs Inc.” şirkətinə satmaq ilə bağlı prinsipial razılaşma əldə olunduğunu elan edib.

NAXCİVANXEBERLERİ.COM “Kommersant”a istinadən xəbər verir ki, polad istehsalçısı biznesini 1,4 milyard ABŞ dolları dəyərində qiymətləndirib.

Əməliyyat nağd vəsait və səhmlər şəklində ödəniləcək. “Cleveland-Cliffs” avans olaraq “ArcelorMittal”a 505 milyon ABŞ dolları ödəyəcək. Qalan məbləğ “Cleveland-Cliffs”in adi və imtiyazlı səhmləri ilə ödəniləcək. Bundan əlavə, şirkət “ArcelorMittal USA”in öhdəliklərinə sahib çıxacaq. Buraya 0,5 milyard ABŞ dolları həcmində xalis öhdəlik, həmçinin “Cleveland-Cliffs”ın 1,5 milyard ABŞ dolları dəyərində qiymətləndirdiyi təqaüd və işdən sonrakı müavinət öhdəlikləri daxildir.

Bu birləşmə “ArcelorMittal”ın Amerika biznesinin xərclərini ildə 150 ​​milyon ABŞ dolları azaldacaq. Müqavilənin elan edilməsi fonunda polad şirkətinin səhmlərinin dəyəri Paris Fond Birjasında təxminən 10% artıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031