SON DƏQQƏ

naxcivanxeberleri.com

Livanın Baş naziri istefa verdi

Livanın Baş naziri istefa verdi
26-09-2020, 14:45

Livanın Baş naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, o, ölkə Prezidenti Mişel Aunla görüşündən sonra bildirib: “Siyasi partiyalar mənim kabineti formalaşdırmaq naminə can atdığım həmrəyliyi pozduqlarına görə üzr istəyirəm. Onlar prosesi siyasiləşdirməkdən əl çəkmədilər”.

M.Ədib eyni zamanda, Fransanın Livanda vəziyyəti sabitləşdirmək təşəbbüsünü reallaşdırmağın vacibliyini vurğulayaraq deyib: “Livanı xilas etmək üçün Makronun təşəbbüsünü reallaşdırmağı davam etdirmək lazımdır”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031