SON DƏQQƏ

naxcivanxeberleri.com

Alimlər koronavirusdan ölüm faizini azaldan amili aşkarladılar

Alimlər koronavirusdan ölüm faizini azaldan amili aşkarladılar
26-09-2020, 09:14

ABŞ alimləri COVID-19-dan ölüm faizini əhəmiyyətli dərəcədə aşağı salan faktoru aşkar ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Boston Universitetinin Tibb Məktəbinin tədqiqatçılarının bununla bağlı elmi işi “PLOS ONE” jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, qanında normal D vitamini olan koronavirus pasiyentləri arasında ağırlaşma halları və ölümlər daha azdır.

Beləliklə, 40 yaşdan yuxarı insanlar arasında bədəndə kifayət qədər maddəsi olanların ölüm faizi qalanlara nisbətən 51,5 faiz daha azdır. Alimlər bədəndə D vitamininin kifayət qədər olmasının “sitokin fırtınası” kimi fəsadların qarşısını almağa kömək edə biləcəyini də vurğulayıblar.

Daha əvvəl Rokfeller Universitetinin (ABŞ) alimləri COVID-19-un həyat üçün təhlükəli olmasının və virusdan ölüm hallarının immunitet sisteminin zəifliyi ilə əlaqəli olduğunu bildiriblər. Tədqiqatçıların gəldiyi nəticələrə əsasən, COVID-19-un ağır forması ilə tədqiq edilən azı 3,5 faiz pasiyentin antivirus müdafiəsində iştirak edən genlərdə mutasiyalar var.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031