SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST koronavirusdan ölənlərin sayının 2 milyona çatacağını istisna etməyib

ÜST koronavirusdan ölənlərin sayının 2 milyona çatacağını istisna etməyib
25-09-2020, 23:42

Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 milyona yaxınlaşır, lakin 2 milyona qədər arta bilər.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan deyib.

M.Rayan bildirib: "Bu, mümkündür. 9 ay ərzində koronavirusdan 1 milyon nəfər vəfat edib. Peyvəndin hazırlanmasına 9 ay vaxt gedə bilər və bu müddət ərzində daha 1 milyon insanın ölməsi mümkündür. Lakin indi insanları xilas etmək və bunun baş verməməsi üçün çox şey edilə bilər".

Qeyd edək ki, dünyada yeni növ koronavirusa (COVİD-19) 32,2 milyon nəfər yoluxub. Onlardan 983 min nəfəri vəfat edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031