SON DƏQQƏ

naxcivanxeberleri.com

“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib

“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib
23-09-2020, 23:12

Avropanın "Airbus" konserni "ZEROe" layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərnişin təyyarələrinin hazırlanması ilə məşğul olmağa başlayıb.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadən xəbər verir ki, "ZEROe" layihəsi üç uçuş aparatının yaradılmasını nəzərdə tutur. Onların ikisi turboventilyatorlu və turbovintli mühərrikə malik ənənəvi təyyarədir. "Qatışıq qanad" sxemi üzrə hazırlanacaq üçüncü təyyarə isə turboventilyatorlu mühərriklə təchiz olunacaq.

“Airbus" nümayəndələrinin sözlərinə görə, hidrogenlə işləməyə uyğunlaşdırılan turboventilyatorlu mühərrikə malik təyyarələr 200-dək sərnişin daşıya biləcək, uçuş məsafəsi isə 3,7 min kilometrədək təşkil edəcək. Bu göstərici turbovintli təyyarələr üçün 100 sərnişin və 1,8 min olacaq. Belə təyyarələrin istismarına 2035-ci ildə başlamaq planlaşdırılır. Lakin bunun üçün hidrogen təyyarələrin doldurulması və xidmətin göstərilməsi imkanının təmini məqsədilə aeroportlarda infrastrukturun modifikasiyalaşdırılması tələb olunacaq.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031