SON DƏQQƏ

naxcivanxeberleri.com

İngiltərə kubokunun oyunu koronavirus səbəbindən ləğv olundu

İngiltərə kubokunun oyunu koronavirus səbəbindən ləğv olundu
22-09-2020, 20:17

İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan "Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq.

NAXCİVANXEBERLERİ.COM "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub.

İddiaya görə, aşağı liqa təmsilçisinin 10-dan çox oyunçusunda infeksiya aşkarlandığı üçün görüş ləğv olunub. 

Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmadığından "Leyton Oriyent"ə texniki məğlubiyyət veriləcəyi, "Tottenhem"in isə növbəti mərhələyə adlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031