SON DƏQQƏ

22:46 - Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN

22:26 - İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

21:17 - Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb

20:32 - Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük

20:11 - Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

19:41 - Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

19:17 - Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb-VİDEO

18:46 - İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN

18:16 - Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO

18:10 - "Zirə" yenə qələbə qazana bilmədi

17:41 - Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

17:30 - Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi

17:15 - Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

17:07 - Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

17:00 - XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

naxcivanxeberleri.com

Şərqi Aralıq Dənizi Qaz Forumu yaradıldı

Şərqi Aralıq Dənizi Qaz Forumu yaradıldı
22-09-2020, 20:05

Aralıq dənizinin şərqində təbii qaz hasilatı və ixracatı məqsədi ilə 6 ölkədən ibarət qrup rəsmi təşkilat yaradıb.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, Misir, İsrail, Yunanıstan, Kipr, İtaliya və İordaniya nümayəndələri arasında Qahirədə keçirilən virtual mərasimdə Şərqi Aralıq Dənizi Qaz Forumu (EMGF) adlı hökumətlərarası təşkilatın yaradılmasına dair müvafiq saziş imzalayıblar.

İsrailin energetika naziri Yuval Steinitz Fələstin muxtariyyatının da sözügedən forumda yer aldığını bildirib. Nazirin verdiyi açıqlamaya görə, bu forum 30 milyard ABŞ dolları həcmində İsrail təbii qazının İordaniya və Misirə ixracına dair müqavilə ilə ərəb və Avropa ölkələri arasında tarixdə ilk dəfə regional əməkdaşlıq qurmağı hədəfləyir.

ABŞ və Avropa İttifaqının müşahidəçi statusuna malik olduqları foruma daxil olmaq üçün Fransa da müraciət edib.

Qeyd edək ki, Misir cari ilin əvvəlindən İsraildən qaz idxal edərək onu Avropa və Asiyaya tədarük etmək imkanlarını araşdırır. 2015-ci ildə açıq dənizdə nəhəng Zöhr yatağının kəşfilə Misir bölgədə mühüm qaz sərvəti sahibinə çevrilib.

Qeyd edək ki, Şərqi Aralıq Dənizi Qaz Forumunun yaradılması barədə hələ 2019-cu ilin yanvar ayında bildirilmişdi. Bu forumdan kənarda qalan Türkiyə və Liviya noyabr ayında dənizdə bölgü aparmaqla bağlı anlaşma memorandumu imzaladılar. Belə ki, Türkiyə Aralıq dənizi şelfindəki bir sıra yataqlara iddia irəli sürüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031