SON DƏQQƏ

naxcivanxeberleri.com

Rusiyanın “Qraivoron” idarəolunan korveti dəniz sınaqlarına başlayıb

Rusiyanın “Qraivoron” idarəolunan korveti dəniz sınaqlarına başlayıb
22-09-2020, 07:36

Rusiya Federasiyasının Qara Dəniz Donanması üçün inşa edilən “Qraivoron” idarəolunan raket korveti dəniz sınaqlarına başlayıb.


Bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sınaqlar zamanı gəminin rabitə, naviqasiya və digər avadanlıqlarının işləkliyi və dənizə uyğunluq xüsusiyyətləri yoxlanılacaq.

Bu sinifə məxsus korvetlər Xəzər donanmasında, Baltik və Qara dəniz donanmalarında fəaliyyət göstərir. “Graivoron” bu sinifin 9-cü döyüş gəmisidir.

Gəmi bir ədəd 100 mm-lik A-190 top, iki ədəd AK-630M zenit silahı, səkkiz aktiv “Kalibr” gəmi əleyhinə mərmi daşıyır. Gəmi havadan müdafiə üçün 14,5 mm və yaxın müdafiə üçün 7,62 mm pulemyotlarla silahlanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031