SON DƏQQƏ

naxcivanxeberleri.com

Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib

Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
20-09-2020, 17:22

Almaniyanın aparıcı virusoloqlardan biri, Bonn Universitetinin professoru, Virusologiya İnstitutunun direktoru Hendrik Ştrek COVID-dissidentlərin və koronavirusun yayılmasına qarşı hökumət tədbirlərinin əleyhdarlarının ən tez-tez verdiyi iddialarını DW üçün şərh edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, virusun o qədər təhlükəli olmadığı ilə bağlı fikirlərə cavab olaraq İnstitut direktoru bildirib ki, bu elə deyil. O qeyd edib ki, bu günə qədər aparılan bütün tədqiqatlar birmənalı şəkildə koronavirusun mövsümi qripdən daha yüksək ölüm hallarına gətirib çıxarır.

"Heinsberg bölgəsində aparılan araşdırmada virusun mövsümi qripdən ən az dörd dəfə daha təhlükəli olduğunu gördük. Əlbətdə ki, tədqiqat nəticələri həmişə aparıldığı populyasiyadan asılıdır".

Müxtəlif ölkələrdə etiraz aksiyaları zamanı yoluxanların sayında artım olmaması fikrinə münasibət bildirirək deyib ki, etirazlar açıq havada təşkil edilmişdi və infeksiya riski qapalı məkanlarda keçirilən tədbirlərə nisbətən daha azdır.

Hendrik Ştrek onu da qeyd edib ki, hal hazırda qüvvədə olan qaydalar - məsafəni qorumaq, gigiyena qaydaları və qoruyucu maska ​​taxmaq effektivdir. Onların sayəsində virusun daha geniş yayılmasının qarşısını ala bildik.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031