SON DƏQQƏ

naxcivanxeberleri.com

Dünyanın ilk elektromobilinin istehsalı dayandırılır

Dünyanın ilk elektromobilinin istehsalı dayandırılır
19-09-2020, 20:22

Yaponiyanın Mitsubishi Motors konserni cari maliyyə ilinin sonuna kimi (2021-ci ilin martında - red) dünyada geniş bazar üçün buraxılmış ilk elektrik avtomobil i-MiEV-in istehsalını başa çatdırmaq niyyətindədir.


NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, qərarın əsas səbəbi modelin satış səviyyəsinin aşağı olması, həmçinin şirkətdəki ümumi böhran vəziyyəti və xərcləri azaltmaq istəyidir. 


Bundan əlavə, Mitsubishi Motors ortağı Nissan-ın dəstəyi ilə yeni elektrikli nəqliyyat vasitəsini inkişaf etdirə bilər.


i-MiEV 2009-cu il istehsal edilib və dünyada alıcılar üçün əlçatan olan ilk elektrik avtomobil olub. Avtomobil 63 at gücə malik elektromühərriklə təchiz edilib, batareyanın bir gedişlik yükü təxminən 160 kilometrdir.


Avtomobil, həmçinin Peugeot və Citroen markaları altında buraxılıb.


Dünyada bu markalı avtomobil təxminən 50 min ədəd satılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031