SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon ABŞ dolları xərcləyəcək

Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon ABŞ dolları xərcləyəcək
19-09-2020, 16:18

Yaponiya növbəti maliyyə ilində (aprel 2021 – mart 2022) ABŞ tərəfindən təklif olunan Ayın mənimsənilməsi üzrə layihədə iştirak etmək üçün təxminən 80 milyard yen (770 milyon ABŞ dolları) ayıracaq.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bu vəsaitin böyük hissəsi 2009-cu ildən bəri Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmaq üçün istifadə olunan hazırkı “Konotori” pilotsuz yük kosmik gəmisini əvəzləməli olan gəminin hazırlanmasına sərf ediləcək. Yeni yük gəmisinin Ay yaxınlığındakı “Gateway” stansiyasının təchizatında iştirak edə biləcəyi gözlənilir.

Yaponiya Aerokosmik Araşdırmalar Agentliyinin (JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi isə 280 milyard yen (2,6 milyard ABŞ dolları) təşkil edəcək və bu, qurumun mövcudluğu ərzində rekord məbləğ olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031