SON DƏQQƏ

naxcivanxeberleri.com

İranda gündəlik koronavirusa yoluxanların sayı artıb

İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
18-09-2020, 17:30

İranda ötən sutka ərzində 3 049 koronavirusa (COVID-19) yoluxub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 416198 nəfərə çatıb. Virus daşıyıcılarından 3869 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 144 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 23 952 nəfərə yüksəlib.

İranda indiyədək 355 505 nəfər koronavirusdan sağalıb. Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 3,69 milyondan çox diaqnoz testi həyata keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031