SON DƏQQƏ

naxcivanxeberleri.com

Qlobal kabus yenidən təkrarlanır: Şimali Koreya

Qlobal kabus yenidən təkrarlanır: Şimali Koreya
6-03-2019, 21:22

Şimali Koreya yenidən nüvə stansiyalarını inşa etməyə başlayıb.

Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSİS) ilə "38 North” informasiya yayıb.

Xəbərə görə, Şimali Koreya lideri Kim Çen In ötən ilin iyun ayında ABŞ prezidenti Donald Trampla razılığa gəldikdən sonra "Shoae” uzunmənzilli nüvə raket sistemlərinin stansiyaları sökülməyə başlanmışdı. Lakin bu liderlərin iki zirvə keçirməsi Şimali Koreyanın nüvə layihələrini dayandırmasına təsir edə bilməyib.

Araşdırma mərkəzləri nüvə stansiyalarının peyk görüntülərini əldə edib. Görüntülər 16 fevral-2 mart tarixlərinə aiddir. Həmin görüntülərdə stansiyaların inşa prosesinin başlandığı əks olunub.

Uzunmənzilli raket sistemləri stansiyasının yenidən inşa edilməyə başlanması 2016-2017-ci illərdə BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını qaldırması istəyinin ABŞ tərəfindən rədd edilməsindən sonra həyata keçirildi.

"Shoae” sistemi güclü raket mühərriklərinin sınaqdan keçirildiyi təsis kimi tanınır.

Qeyd edək ki, Şimali Koreya və ABŞ liderləri ötən ilin iyun ayında Sinqapurda görüşmüş və Koreya yarımadasının nüvədən təmizlənməsinə dair razılığa gəlmişdilər. Buna qədər Şimali Koreya bir neçə dəfə qorxunc nüvə sınağı keçirmiş və dünyanı təhlükə altına qoymuşdu.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930