SON DƏQQƏ

naxcivanxeberleri.com

OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib

OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib
16-09-2020, 16:19

Bu il qlobal iqtisadiyat koronavirus pandemiyası ilə əlaqədar 4,5% kiçiləcək, gələn il isə 5% böyüyəcək.

NAXCİVANXEBERLERİ.COM  xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib. 

Qurum bəyan edib ki, bu il ən çox iqtisadi geriləmə Cənubi Afrikada (11,5%), Argentinada (11,2%) və Hindistanda(10,1%) yaşanacaq. İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq. 

"İqtisadi tənəzzül gözlənildiyi kimi dərin olmayacaq, amma bir qədər sonra iqtisadi aktivliyi artırmaq üçün dövlətlərin (hökumətlərin), o cümlədən mərkəzi bankların dəstəyinə ehtiyac olacaq", - deyə OECD-nin açıqlamasında qeyd olunub. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930