SON DƏQİQƏ

naxcivanxeberleri.com

“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb

“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqlayıb
26-08-2020, 22:27

Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” xidmətinin rəhbərliyi ilk dəfə istifadəçilərin sayını, onların aktivliyini, həmçinin 2 il ərzində auditoriyanın artmasını açıqlayan qlobal statistika dərc edib.

NAXCİVANXEBERLERİ.COM xarici saytlara istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə amerikalı istifadəçilərin aylıq aktiv auditoriyası üzrə artım 800 faiz təşkil edib. Eyni zamanda mobil proqramdan daima istifadə edən amerikalıların sayı 100 milyondan çoxdur, 50 milyon gündəlik “TikTok” xidmətindən istifadə edir.

Müvafiq artım tempi bütün dünyada müşahidə edilir.

2018-ci ildə “TikTok” xidmətinin ümumi auditoriyası 55 milyon idi. 2018-ci ilin sonuna bu göstərici artıq 271 milyon istifadəçi olub. 2020-ci ilin avqustuna olan statistikaya görə, mobil proqram 2 milyard dəfədən çox yüklənilib. “TikTok” analitiklərinin hesablamalarına görə, 2020-ci ilin iyulunadək xidmətin aktiv auditoriyası 700 milyona yaxınlaşıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31