SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin Milli Müdafiə Nazirliyi pandemiya ilə mübarizə üçün 80 milyondan çox tibbi maska istehsal edib

Türkiyənin Milli Müdafiə Nazirliyi pandemiya ilə mübarizə üçün 80 milyondan çox tibbi maska istehsal edib
23-08-2020, 23:30

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən 80 milyondan çox tibbi maska istehsal olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumatda qeyd edilir ki, maskalar nazirliyin nəzdində fəaliyyət göstərən Maşın və Kimya Sənayesi Qurumu (MKEK) və hərbi tikiş sexlərində hazırlanıb. Bu qurumlar tərəfindən pandemiya dövrü ərzində maska ilə yanaşı, 500 mindən çox xüsusi geyim (tulum) və 210 min litrdən çox dezinfeksiya vasitəsi də istehsal edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930