SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır
2-03-2019, 21:16

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalmaqda davam edir.

Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 9 ədəd azalaraq 1038 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 57 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd azalaraq 843 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 43 ədəd artıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 195 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 14 ədəd çoxalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930