SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST koronavirusa təkrar yoluxma ehtimalını hələ təsdiq etmədi

ÜST koronavirusa təkrar yoluxma ehtimalını hələ təsdiq etmədi
13-08-2020, 22:14

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu mərhələdə yeni növ koronavirusa yoluxanların yenidən bu xəstəliyə yoluxmasının mümkün olduğunu təsdiq edə bilməz.

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bunu ÜST-nin texniki eksperti Mariya Van Kerkhoven bildirib.

“ÜST-ə bəzi ölkələrdə təkrar yoluxma iddialarının olması barədə məlumatlar daxil olur. Lakin bu hələ təsdiqlənməyib. Burada bir çox amilləri nəzərə almaq lazımdır.

Məsələn, insanın hansı test verməsi. Bəzən, testlər müsbət, mənfi, daha sonra müsbət nəticəsi verdiyi hallar olur. Ancaq bu, təkrar infeksiyaya yoluxma demək deyil. Bütün hallarda vəziyyəti aktiv şəkildə izləyirik”- deyə ekspert qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930