SON DƏQQƏ

naxcivanxeberleri.com

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Ərdoğanla Merkel arasında telefon danışığı olub
13-08-2020, 18:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, danışıqlar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.

Bundan başqa, tərəflər Türkiyə-Almaniya münasibətlərini də müzakirə ediblər.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizində neft axtarışlarını dayandırmasının məqsədəuyğun olduğunu deyib. O, həmçinin Fransanın bölgədə hərbi mövcudluğunu artıracağını ifadə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930