SON DƏQQƏ

naxcivanxeberleri.com

Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur

Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur
10-08-2020, 14:51

Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur, hər kəs öz yerini bilməlidir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu livanlı tarixçi Əli Bekraki deyib.

O bildirib ki, ermənilərin Livanı təmsil etməsi barədə bəyanatlar absurddur.

Ə.Bekrakinin sözlərinə görə, Livanın əhalisi beş milyon nəfərə çatır ki, bunun çox kiçik hissəsi, 150 min nəfərini etnik ermənilər təşkil edir:

“Livan erməniləri həmçinin Türkiyəyə və ümumilikdə Livanın türkdilli ölkələrlə münasibətinə qarşı çıxış etmək hüququna malik deyil”.

Tarixçi bildirib ki, hazırda Livan çətin günlərini yaşayır və qardaş ölkələrin dəstəyinə ehtiyac duyur, Azərbaycan və Türkiyə bu cür ölkələrdir:

“Dost dar gündə bilinər və Azərbaycan Livana maliyyə yardımı göstərməklə Livan xalqına dost olduğunu nümayiş etdirdi”.

O əlavə edib ki, Azərbaycan, eləcə də Türkiyənin göstərdiyi maddi yardım livanlılar üçün çox vacibdir:

“Bəzi Livan KİV-lərində anti-Türkiyə və anti-Azərbaycan təbliğatına baxmayaraq, Livan xalqı hər zaman bu ölkələrə böyük hörmətlə yanaşıb”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930