SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb
5-08-2020, 09:18

Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış nəticəsində BMT-nin əməkdaşları da xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalına BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib.

F.Hak bildirib: "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930