SON DƏQQƏ

naxcivanxeberleri.com

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verilib

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələrə uçuş sertifikatı verilib
4-08-2020, 21:25

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələr üçün uçuş sertifikatı verilib. Sloveniyanın “Pipistrel” şirkətinin istehsalı olan “Velis Electro“ adlı təyyarələrdən əsasən təlim məqsədilə istifadə olunacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, avtomobil sənayesinin ardınca aviasiyada da elektrik mühərriklərinin tətbiqi genişlənir. Sloven şirkətinin təqdim etdiyi “Velis Electro“ modeli isə dünyada yanma mühərriki ilə çalışmayan ilk təyyarədir. Cəmi 600 kiloqram çəkisi olan təyyarə ilə 50 dəqiqəlik uçuş mümkündür. Ekologiyaya heç bir zərər vurmayan bu model yaşayış ərazilərindəki əhalini də narahat etmir, çünki təyyarə havada olarkən mühərrikin maksimal 60 desibel səsini yerdən eşitmək mümkün deyil. Ekoloji təmizliyi və səssiz uçuş imkanı bu təyyarələrin yaxın gələcəkdə geniş tətbiqinə yol aça bilər.

İndiyədək elektrik təyyarələri üçün beynəlxalq sertifikatlaşma həyata keçirilmədiyinə görə, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) İsveçrə və Fransanın mülki aviasiya təhlükəsizliyi qurumları ilə birlikdə bu prosesi həyata keçirib. 82 at gücündə mühərriklə təchiz olunan təyyarə gələcəkdə mülki aviasiyada yeni dövrün başlanğıcını qoya bilər.

İsveçrənin ”Alpine Airlpanes” şirkəti ümumilikdə 14 təyyarədən ibarət donanması ilə ölkə üzrə on təlim mərkəzində həvəskar pilotların hazırlanmasını həyata keçirəcək.

Azərtac

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930