SON DƏQQƏ

naxcivanxeberleri.com

Tramp “TikTok” rəhbərliyinə ultimatum verdi

Tramp “TikTok” rəhbərliyinə ultimatum verdi
3-08-2020, 23:14

ABŞ prezidenti Donald Tramp sentyabrın 15-ə qədər “TikTok” proqramını satmağı tələb edib.

NAXCİVANXEBERLERİ.COM  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinə yaxın jurnalistlər bildirib.

Tramp qeyd edib ki, əgər onu “Microsoft” və ya başqa şirkət almasa, “TikTok” 15 sentyabrda biznes sferasından çıxacaq.

Bundan başqa, Ağ Ev rəhbəri satışdan əldə ediləcək vəsaitlərin ABŞ-ın Maliyyə Nazirliyinə köçürülməsində təkid edib.

Daha əvvəl bildirilib ki, dövlət başçısı fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və ya tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930