SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əfqanıstanda güclü partlayış törədilib

Əfqanıstanda güclü partlayış törədilib
2-08-2020, 21:00

Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədib. 

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.

Qeyd olunub ki, terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb.

Ölkənin Ədliyyə Nazirliyi partlayışı təsdiqləyib, lakin baş vermiş hadisənin mümkün qurbanları barədə hər hansı bir məlumat verməyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031